Azərbaycanda kim innovatordur?
Boru harada partladı: Neft sektoruna əsaslanan iqtisadi siyasət və ölkənin yoxsulluq səviyyəsinin 2001-ci ildəki 50 faizdən 2011-ci ildə 7.6 faizə enməsinə səbəb oldu. Bu halda Azərbaycanda yüksək orta gəlirli ölkələrin sırasına girmək üçün unikal bir fürsət yarandı. Artım templəri, əmək haqqının güclü şəkildə artması və ünvanlı sosial yardım sisteminin tətbiqi vahid büdcəyə bağlı olduğu üçün bunun çox hissəsi neft və qaz xərlərinin artması ilə nəticələndi. Eyni zamanda güclü gəlirlərin qarşılığında vergilər və gömrük sistemindəki nöqsanlar, bazarın rəqabətsizliyi, korrupsiyanın və yeyintinin ölkə iqtisadiyyatına vurduğu ziyan hiss olumurdu. İqtisadi artım, hərbi xərclər, tikinti sektoru, abadlaşdırma siyasəti bütün bunları bir növ ört-basdır edirdi. Dövlət sifarişli və ya dövlətin pay sahibi olduğu layihələr səmərəsiz idarəçiliyin və iqtisadi cinayətkarlığın qurbanı idi. Bu cür eforiya şəraitində heç bir iqtisadi, ictimai və siyasi dəyişiklik gözləmirdi. Buna görə ölkə iqtisadi mövqeyini möhkəmləndirmək üçün şaxələnmirdi. Eyni zamanda ümidlər istehsala girən yeni təbii qaz yataqları idi, ancaq onlar da çətin ki, neft sektorunun verdiyi gəlirləri kompensasiya etsin. İqtisadiyyatın sağlamlaşdırılması və məşğulluq səviyyəsinin artırılması üçün Azərbaycan qeyri-neft sektorunda yeni, davamlı artım mənbələrinə yatırım etməli idi. Bu cür köhnə idarəçilik təfəkkürü cəmiyyətin dinamikasını, ictimai nüfuzunu zəiflədir, cəmiyyəti yalnız böyük istehlak kütləsinə çevirirdi. Heç bir iqtisadçıya gizli deyil di ki, bu cür durğun iqtisadi inkişaf, neftə əsaslanan iqtisadi artımla əvəz olunub, innovasiyalar yalnız istehlak bazarının üzərində qurulub. Dövlət və özəl sektordakı yeni xidmətlər yalnız istehlak mühitinin səmərəliyini artırır. Ancaq özəl sektorun siyasi elitaya bağlı olması siyasi mərkəzləşməni və korrupsiya hallarını artırırdı.
2014-cü ildə Russiya ilə Ukrayna arasındakı siyasi gərginlik və bu gərginliklə müşahidə olunan yan təsirlər ümumdünya bazarında neftin qiymətinin kəskin düşməsinə səbəb oldu. Azərbaycanda bu qlobal hadisə çox güclü hiss edildi. Belə ki, Azərbaycan manatının 2014-cü il və 2015-ci il devalivasiyaları valyutanı iki dəfə ucuzlaşdırdı. İqtisadi böhran ictimai sarsıntıya, bu sarsıntı ilə müşahidə olunan güclü ictimai ekzistensial böhran şəraiti yaratdı. İctimai deviant davranış halları daha yaxşı müşahidə olunmağa başladı. İctimai fəaliyyətin, nəzarətin və debatların son illər ərzində sıradan çıxarılması, informasiya dövründə böyük tələbat yarandı. Bu tələbatı doldurmaq məhz rəqəmsal dünyanın üzərinə düşdü. İnformasiya tələbi ilə müşayiət olunan, kommunikasiya bacarığını itirən cəmiyyət ictimai innovasiya kimi işıq üzü görən hissəsi olan sosial şəbəkələrdə cəmləşdi. Sosial şəbəkə kateqorizasiya alqoritmlərinin açıqlığı isə həm biznes nüfuzunun bölünməsinə həm də informasiyanın hədəflənməsinə səbəb oldu. Böhran zamanı ölkəni tərk edə bilməyən “innovatorlar” informasiyanın idarə olunması və hədəflənməsinə kökləndilər. Rəqəmsal dünyada informasiya axınının nəzarətsizliyi ictimai dinamikanın qayıtmasına səbəb oldu. Bu dinamika özünüməşğulluq və fərdi sahibkarlıq səviyyəsindən makro-iqtisadi təsirlərə gətirib çıxartdı.
Coğrafi mövqe səbəbindən iqtisadi inteqrasiya vektorunun Avropa İttifaqı olduğunu, əsas bazarın orada cəmləşdiyini, uyğunlaşma baxımınından səhiyyə, təhsil və mədəni standartlaşma və nəzarətsiz alternativ kommunikasiya vasitələri ilə bunun açıq nümayişi dövləti də bu standartlara uyğunlaşmağa vadar edir. Bu standartlaşma prosesi islahat adını alaraq iqtisadi diversifikasiyaya və fərdi intellekt və keyfiyyətlərə əsaslanan biznes modelinin inkişafına gətirir. Xidmət sektorunda durğunluğun qaldırılması məqsədi ilə turizm sahəsindəki islahatlar öz bəhrəsini verməyə başladı. Xidmət sektorunun inkişafı yerli istehsalat mühitinə də müsbət təsir göstərdi. Alternativlər yarandı. Aydın oldu ki, iqtisadi vektor eyni zamanda da ictimai mühitə də təsir göstərir. Biznes mühitinin qismən yumşalması ictimaiyyətdə yeniliklərin artırılması tələbini dərinləşdirdi. Bu tələblər dərinləşdikcə məlum “aşağılar istəmir, yuxarlar bacarmır” situasiyasını yaradırdı. Bu cür şəraitdə islahatlara getmək və ya bu hissi yaratmaq zərurəti yarandı.
İstiqamətin təyin olunması: Azərbaycan dövlətçiliyinin əsasında ümumbəşəri dəyərlər sisteminin olması, sənaye və iqtisadiyyatın bəlirli istiqamətdə inkişaf etməsi, aparılacaq islahatların istiqamətini və tələb olunan dəyərləri çox asanlıqla ortaya çıxartdı. Köhnə idarəçilik sisteminin iqtisadiyyata dərin zərbə vurduğunu, xarici investorları qaçırtdığını, iqtisadi yüksəlişin məhz yeni idarəçiliklə baş verəcəyini açıq aşkar ortaya çıxartdı – Yeni iqtisadi şərait yeni idarəçilik tələb edir, yeni idarəçilik isə düzgün islahatlar.
Ehtiyyatlı addımlar: Azərbaycan reallığında islahatı və immitasiyanı fərqləndirmək çox çətindir. Siyasi iradə istənilən islahatın arxasında hansı siyasi gücü qurban verdiyini özünə ayırd edə bilmir. Bu səbəbdən də istənilən alternativi ya öncədən hazırlamaq istəyir. Ancaq, informasiya əsrində hər-hansı bir innovativ addımın hansı alternativlərə səbəb olacağını bilmək olmur. Bu səbədən də siyasi iradə çox ehtiyyatlı addımlar ataraq islahatları özünün illərlə yatırım etdiyi və hazırladığı “alternativ” komanda ilə etməyi üstün tutur. Addımların düzgün istiqamətləndirilməsi üçün kadr dəyişikliyi vacibdir. Lakin, çağdaş dövrdə ictimai inkişaf dinamikasını idarə etmək qeyri-mümkündür.
İnnovasiya virusu: İnnovasiyaların əsas məqsədi insanların həyatlarını əlverişli etməkdir.
Daha çevik və qazanclı alternativ yaratmaqdır. Buna görə innovasiyalar 5 əsas kriteriyalarla qiymətləndirilir: Uyğunluq, əlverişlilik, effektivlik, təsir və davamlılıq. Hər-hansı bir innovativ islahatın insanların həyatında əlverişliliyə səbəb olmayacaqsa, bu innovasiyalar onların həyat ritminə təsir etməyəcəksə, bu innovasiya deyil – immitasiyadır.
Azərbaycanda innovasiya sahəsi yalnız İnformasiya Texnologiyaları kontekstində qəbul edilir və düşünülür ki, İT-da istənilən yenilik – innovasiyadır. Bu qismən düzdür. İT sahəsi özü yeni və tam azad sahədir və İT-nin xidmət sahəsini və ya ümumiyyətlə insanların həyatını əlverişli edən istənilən tətbiqi innovasiyadır. Lakin, innovasiyanın yaratdığı alternativlərin insanların həm bizneslərini, həm sağlamlıqlarını, həm təhsilini, həm də ictimai həyatlarını necə dəyişdiyi də göz qabağındadır. İnnovasiyalar insanlara və cəmiyyətə seçim verməklər daha çevik edir. İnformasiyanın və çevikliyin artıdığı durumda cəmiyyət necə dəyişir? İnkişaf hansı istiqamətdə gedir?
İslahatların istiqaməti: İnkişaf termininin əsas aparıcı qüvvəsi – entropiya qanunudur. Entropiya qanunu hər şeyin dinamikada olduğunu sübut edir. Bu dinamikanın son məqsədi isə istənilən sistemdə təbii balansın yaranmasıdır. İctimai anlanmda cəmiyyətin özünə ən ideal qanunauyğun forma almasıdır. Məsələn, dinamik ümumbəşəri dəyərlər əsasında idarə olunan dövlətlərdə iqtisadi artım ənənəvi idarəçiliklə idarə olunan ölkələrindən aşağı olsa da, fərdi qaydada sosial-iqtisadi durumları, fərdi innovativ düşüncə tərzləri var, bunun nəticəsi olaraq davamlı iqtisadi inkişaf mövcuddur və bu tip cəmiyyətlərdə daha az deviant davranışlar aşkarlanır. Entropiya prosesi sistemli gedir. İnsan həyatı, onun hüquqları, onun əlverişliyi ön plana çəkilir.
Milli mənsubiyyətimizdə bu dəyərlərinin əsas götürüldüyü ictimai sifarişlərdən çox asan bilinir. Bu həmçinin alternativ informasiya və təsir imkanlarının genişliyi, cəmiyyətin üzvü olma prinsipi vətəndaşlıq ilə də ölçüldüyü üçün, siyasi mərkəzləşmədə ideoloji dominantlıq mümkün deyil. İnnovasiyalar istənilən sahədə alternativlər yaradır. Alternativlər isə gec-tez mərkəzdənqaçmaya yol açır. Belə ki, iqtisadi inkişafa köklənmiş innovasiyalar qanunvericiliyə, məhkəmə-hüquq sisteminə, ictimai və sonda siyasi sferalara təsir edir.
Coğrafi mövqedən irəli gələrək Azərbaycanın geoiqtisadi bağları daha çox Avropa İttifaqı dövlətləri ilə bağlıdır. Bu da siyasi anlamda Azərbaycanı Avropa İttifaqı ilə tərəfdaş olmağa vadar edir. Əks təqdirdə ölkə daxili ictimai sifarişi qarşılana bilməyəcək və siyasi böhran yaranacaq. İqtisadi nəhəngin dinamikasına və standartlarına uyğunlaşmağa məcbur olan ölkədə ictimai və siyasi standartlaşma prosesi getməyə başlayır.
Yuxarıda qeydolunan səbəblərdən irəli gələrək açıq şəkildə bildirmək olar ki, Azərbaycandakı ümumi dinamika öncədən görünən tərzdə hərəkət edir. Bunun ictimai inkişafda hansı innovasiyalarla özünü biruzə verməsi artıq qanunauyğunluğun bir hissəsidir. Bu innovasiyaları immitasiya etmək və ya üzərlərində vaxt udmaq qeyri-mümkün olacaq. İnnovasiyalardan qorxmaq deyil, onları zamanında tətbiq etmək lazımdır. Bu qanunauyğunluqdan kənar davranmaq siyasi böhrana gətirə bildiyi üçün bu qanunauyğunluqdan səmərəli istifadə etməkdən başqa alternativ qalmır. Cəmiyyət özü artıq alternativ və əlverişli standartları görür, istifadə edir və hər bir sahədə tətbiq etməkdə də israrlıdır. Bu standartlara da uyğun siyasi idarəçilik tələb edir.
İslahatlar hansı innovasiyalar ilə əhatələnməlidir?
İlk öncə islahatlar dövlət institutlarının çevikliyini artırılması, bürokratik əngəlləri aradan qaldırlması və korrupsiya hallarının qarşısının alınması məqsədi ilə daxili kommunikasiya sistemini təkmilləşdirməlidir. Lazımsız dövlət qurumları fəaliyyətini dayandırmalıdır. Özəl sektorun inkişafı etdirilməsi üçün mülkiyyət toxunulmazlığı tam olaraq tanınmalıdır. İqtisadi mərkəzdənqaçma dərinləşməli, bölgə kapitalının iqtisadi regionlardan kənarə, xüsusən də Bakıya axmasının qarşısı alınmalıdır. Bölgələrlə paytaxt arasındakı uçurum məhz innovativ yanaşmalarla kompensasiya olmalıdır. İnnovasiyalar paytaxtdan – bölgələra aparılmalı, regionlarda biznes inkubatorlar və beyin mərkəzləri qurulmalıdır. Bir qayda olaraq bunun üçün universitetlərin paytaxtdan çıxarılması, bölgələrdə yeni rəqabətədavamlı peşə məktəblərinin, universitetlərin və beyin mərkəzlərinin qurulması tam sürətlə getməlidir. Region gənclərinin və qadınların sahibkarlıq fəaliyyəti stimullaşdırılmalıdır. Əhalinin sayının artması kənd təsərrüfatınə ölkənin ən perspektivli sahəsi edir. Lakin, bununla yanaşı kənd təsərüfatı ən az innovasiyaların tətbiq olunduğu sahədir. Bunun əsas səbəbi də regionlarda yaradıcı, bacarıqlı gənclərin fəaliyyət göstərmələri üçün uyğun infrastrukturun olmamasıdır. Məhz bu infrastrukturun düzgün qurulması, gənclər sektoruda təşəbbüskarlığın artırılmasına səbəb olacaq. Təşəbbüskar gənc kadr isə innovatordur.
Digər xəbərlər
The Evolving Role of Central and Eastern European Countries in EU Foreign Policy Towards the South Caucasus: Navigating Geopolitical Complexities Through the Eastern Partnership
Abstract: The dissolution of the Soviet Union ushered in a new era for the South Caucasus, a region of strategic importance due to its location and energy resources. This article examines the growing influence of Central and Eastern European (CEE) countries in shaping the European Union's (EU) foreign policy towards this region, with a particular focus on their role within the framework of the Eastern Partnership (EaP) initiative. It explores the historical, geopolitical, and economic factors influencing their engagement and assesses their impact on EU political stability, economic development, and energy security policies. The article argues that CEE countries, due to their unique historical experiences and cultural ties, possess a greater capacity to foster effective engagement and soft power in the South Caucasus than their Western European counterparts. Furthermore, the article analyzes the implications of the ongoing Russia-Ukraine war and the Armenia-Azerbaijan peace process on the dynamics between CEE countries and the South Caucasus. By combining qualitative and quantitative analysis, the study offers insights into CEE countries' challenges and opportunities in contributing to a decentralized and effective EU foreign policy in the region. Introduction: The collapse of the Soviet Union in 1991 marked a turning point for the South Caucasus, comprising Armenia, Azerbaijan, and Georgia (Macfarlane, 2019). This region, situated at the crossroads of Europe and Asia, quickly became a focal point for international diplomacy, especially concerning the EU's foreign policy. Its strategic location and abundant energy resources made it a critical area of interest for the EU and its member states, particularly those in Central and Eastern Europe (Lynch, 2013). The EU's Eastern Partnership (EaP) initiative, launched in 2009, has been a cornerstone of its policy towards the South Caucasus and other Eastern European neighbors. The EaP promotes political association and economic integration between the EU and six partner countries: Armenia, Azerbaijan, Belarus, Georgia, Moldova, and Ukraine. The EaP offers a tailored approach to each partner country, focusing on strengthening institutions and good governance, promoting economic development and market opportunities, enhancing connectivity and energy security, and fostering mobility and people-to-people contacts (European External Action Service, n.d.). Among the CEE countries, the Visegrad Group, consisting of Poland, Hungary, the Czech Republic, and Slovakia, has emerged as a key player within the EaP framework. These countries, having undergone their own transitions from Soviet-controlled regimes to independent democracies and subsequent EU integration, possess a unique perspective on the region's challenges and opportunities (Bosse, 2019). Their historical experiences, strategic priorities, and geographical proximity have positioned them as crucial intermediaries between the EU and the post-Soviet space (Duchéne, 2022). This article posits that CEE countries, including the Visegrad Group, can foster effective engagement and soft power in the South Caucasus more than their Western European counterparts. This is attributed to their shared historical experiences, cultural ties, and deeper understanding of the region's complexities. Furthermore, the article argues that economic, trade, and energy ties can facilitate political stability and equal interaction between the EU and the South Caucasus via CEE countries. The article delves into the evolving role of CEE countries in shaping EU foreign policy towards the South Caucasus within the context of the EaP. It examines the historical context, geopolitical interests, and the impact of recent global developments, such as the Russia-Ukraine war, on their engagement with the region. By analyzing their contributions to promoting political stability, economic development, and energy security, the study aims to comprehensively understand the complexities and potential of their role in shaping EU policy towards the South Caucasus.
Directions for the development of US-Azerbaijani relations after the Second Karabakh War
In the South Caucasus region, at the intersection of strategic interests, tensions are escalating, drawing the attention of global powers
Победа Азербайджана в Карабахской войне открывает новую страницу в стратегическом развитии страны
Геополитическая картина региона полностью изменилась в течении предыдущих 2-x месяцев Азербайджан наконец-то вернул свои земли, восстановил территориальную целостность.