Tərcümeyi-hal

Tərcümeyi-hal

Mən – Nəbiyev Orxan Akif oğlu, 24 iyul 1989-cu ildə Bakıda anadan olmuşam. 1995-2006-cı illərdə N.Nərimanov rayonu 207 saylı orta məktəbi bitirmişəm. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşam.

2008-ci ildən ictimai fəaliyyətlə məşğul olmağa başlamışam. Dalğa Gənclər Hərəkatının Beynəlxalq Əlaqələr koordinatoru kimi, daha sonra sədri kimi. Daha sonra Asim Mollazadənin sədr olduğu Demokratik İslahatlar Partiyasında fəaliyyətimi davam etdirdim. 2008-ci il prezident seçkilərində Seçki müşahidəçisi, 2010 Milli Məclis seçkilərində Asim Mollazadənin seçki qərargahında çalışırdım.

2012-ci ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq (Amerika) ixtisası üzrə magistraturaya daxil olmuşam. Eyni ildə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəni proqramlar şöbəsində Beynəlxalq tədbirlərin təşkili və kommunikasiyası katibliyində müqaviləli əsasda çalışmağa başlamışam. 2013-cü il 29-31 may II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2013-cü il 1-8 dekabr, YUNESKO-nun VIII Ümumdünya Qeyri-maddi Mədəni İrsin Qorunması Komissayasının Bakı sessiyasının təşkilati komitəsinin üzvü olmuşam.

2014-cü ildə İtaliyanın Arezzo şəhərində “Rondine” təcrübə proqramına qəbul olunmuşam. Təcrübə proqramı çərçivəsində müxtəlif layihələr, konfranslar və elmi görüşlərin iştirakçısı olmuşam.

2015-ci idə Roma La Sapinza Universitetinin Beynəlxalq Əməkdaşlıq və Layihələrin İdarə olunması ixtisası üzrə magistraturaya daxil olmuşam. 2016-cı ildə magistraturanı “Avropa İttifaqının texniki dəstək proqramlarının beynəlxalq inkişafın vacib vasitəsi: fokus nöqtəsi — Azərbaycan” dissertasiyası ilə bitirmişəm. 2016-cı ildə Brüsseldə Agriconsulting Europe S.A.(AESA) şirkətinin İqtisadi inkişaf departamentində 4 aylıq Şərqi Avropa və Post-sovet ölkələri üzrə məsləhətçi kimi təcrübə keçmişəm.

2016-ci ildə Bakıya qayıtdıqdan SABAH qruplarında, Bir Könüllü layihələtində təlimçi kimi iştirak etmişəm.

2018-ci ilin fevral ayından “United Cultures” MMC şirkətində İctimaiyyətlə və mediya əlaqələr meneceri kimi çalışmışam. Bu vəzifədə işlədiyim dövrdə Avropa İttifaqı, İsveçrənin Azərbaycandakı səfirliyi, İsrailin Azərbaycandakı səfirliyinin maliyyəsi ilə müxtəlif mədəni layihələrin icrası zamanı ictimai əlaqələrinin qurulmasına yardım etmişəm.

2018-ci ildə iki İtaliya vətəndaşı ilə “124Studio” MMC Marketinq və Kommunikasiya şirkətini qurmuşam. 2018-ci ilin iyul ayından şirkətin icraçı direktoru vəzifəsində çalışmışam. 2019-cu ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycan İqtisadiyyat Nazirliyi ilə KOBİA-nın benefesiar olduğu “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsində müqaviləli əsasda səriştələrin inkişafı və iqtisadi inkişaf üzrə ekspert kimi çalışmışam.

Eyni zamanda da 2021-ci ilin sentyabrından Azərbaycan Dillər Universiteti, regionşünaslıq kafedrasında – region ölkələrinin “Xarici siyasəti”, «Milli təhlükəsizlik problemləri» və “Sosial-iqtisadi və siyasi prosesləri” fənnlərindən, 2022-ci ilin fevralından isə Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznes Məktəbində “Təşkilatda İnnovativ Strategiyalar” fənnindən dərs deyirəm.

2022-ci ilin dekabrından İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Böyük Layihə Mütəxəssisi, daha sonra isə Böyük Beynəlxalq Tərəfdaşlıq Mütəxəssisi vəzifələrində çalışmışam.

2024-cü ilin fevralından Azərbaycan Neft və Sənaye Universitetinin Beylnəlxalq Layihə meneceriyəm.

Ailə statusum: subay.

Bildiyim dillər: Azərbaycan dili — ana dilimdir. Rus, İngilis və İtalyan dillərini– səlis bilirəm, fransız dili biliyim zəifdir.