Avropaya «Əli və Nino» bucağından baxış
Avropa Birliyinin formalaşması və bugünkü inkişaf mərhələsinə gəlib çıxması yarım əsrdən çox davam edən bir prosesin nəticəsidir. Belə ki, Avropa qitəsinin ərazisi daim müharibə meydanlarına çevrilmiş, I və II Dünya Müharibələri kimi dəhşətli səhnələrin şahidi olmuşdur. Bu bəlalardan qurtarmaq üçün Avropa dövlətləri fərqlər deyil, ümumi birləşdirici tərəflər əsasında stabil və davamlı düzən qurmaq qərarına gəldilər. Bu birlik ilk öncə resursların birgə istifadəsi ümumiqtisadi, gömrük, valyuta daha sonra isə siyasi birlik kimi inteqrasiya modelini ortaya qoydular. Avropa Birliyinin genişlənməsi və ümumiyyətlə qonşularının və iqtisadi partnyorlarının Avropa İnkişaf modelinə və özünəməxsusluğunu qorumaqla eyni dəyərlə və standartlarasahib olmaq məqsədi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramını irəli sürdü.
Avropa Birliyinin «Şərq tərəfdaşlığı» böyük bir prosesin tərkib hissəsidir. Belə ki, bu prosesə üzvlük nəyinsə əksinə deyil, məhz, ümumavropa dəyərlərinə yiyələnmək naminə olan inteqrasiya prosesidir. Bir növ standartlaşma proqramıdır. Bu standartlaşma özündə iqtisadi, siyasi, sosial, elm, təhsil və mədəniyyət sektorlarında islahatların aparılması, dövlət qurumlarında AB-nin ekspertləri tərəfindən tvinninq proqramlarının keçirilməsidir. Avropa Birliyi «Şərq tərəfdaşlıq» Proqramının Parlament Assambleyası isə qanunvericiliyin Avropa Birliyi qanunvericiliyinə yaxınlaşmasını özündə ittifa edən, böyük bir prosesdir.
Avropa Birliyi «Şərq tərəfdaşlığı» Proqramının üstün cəhəti isə hər bir dövlətin apardığı islahatlara uyğun olaraq onunla iş birliyidir. Yəni sözügedən proqrama üzv 6 dövlətə fərdi qaydada münasibətdir. Hər bir dövlətin də bu prosesdə öz üzərinə düşən iş var. Bu səbəbdən də hər bir dövlətə eyni münasibət ola bilməz. Bu proqrama uyğun olaraq, ikitərəfli (üzv ölkə ilə AB) münasibətlərdə hər bir ölkənin entuziazmına və öhdəliyinə düşən işi yerinə yetirməsinə görə qiymət verilir. Eyni zamanda da AB paritet səviyyədə addım atır və ya əksinə…
AB «Şərq tərəfdaşlığı» Proqramında ikitərəfli münasibətlər hər bir dövlətin marağına uyğun qurlur. Eyni zamanda Azərbaycanın xarici siyasətində sərgilədiyi paritet münasibətlər Azərbaycana özünəlayiq münasibət yaradır. Misal kimi göstərmək olar ki, Ermənistan Avropa ölkələrinin vətəndaşlarına cari ilin 10 yanvarında viza rejimini aradan qaldırdı.
Avropa bunu təqdirə layiq bir hadisə kimi qiymətləndirsə də, eyni addımı Ermənistan vətəndaşlarına qarşı etmədi. Lakin Azərbaycan qeyd etdiyim kimi, paritet münasibət sərgiləyərək bunun qarışılıqlı müqavilələrlə, addım-addım edəcəyini bildirir. Əsas da budur ki, viza rejiminin liberallaşdırılması məsələsinə işin nəticəsi deyil, ümumi işin bir hissəsi kimi baxılır.
Bizim bu prosesdə kənarda qalmağımız Azərbaycanımızı sivil və açıq ölkədən, qapalı ölkəyə çevirə bilər. Bu isə ən azı ölkəmizin dünyaya nümayiş etdirdiyi konstruktivliyə və dialoqlara açıq olmağımıza zərbədir. Digər tərəfdən də, Azərbaycanın ümumi inkişaf strategiyasın və milli maraqlarına ziddir. Bunu gələcək nəsillər bağışlamayacaq.
Strategiyaya dair «Azərbaycan — 2020: gələcəyə baxış» inkişaf konsepsiyasından məhz Avropanın adının çəkilməsi konkret misallarla:
Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi orta Avropa göstəricisi səviyyəsinə çatdırılacaqdır. Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası gücləndiriləcəkdir. (İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, 7.2. Müasir təhsil sisteminin formalaşdırılması).İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə — orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək(7.3. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi). Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir (11. Ətraf mühitin qorunması və ekologiya məsələləri).
Bundan əlavə də qeyd etmək istərdim ki, konsepsiya ilə tanış olarkən, məhz demokratik, sivil, Avropa dəyərlərini özündə ehtiva edən və bu dəyərlərlə, bu sistemlə əsasında qurulan dövlət barədə fikir formalaşır. Xüsusən, təhsil məsələsində Qərb təcrübəsinin və boloniya prosesinin qeyd olunması təqdirə layiq haldır. Belə ki, son dövrlər Azərbaycanda fəaliyyətə başlayan universitetlər sırf qərb təhsil modeli əsasında formalaşaraq Azərbaycan insanını peşəkar və rəqabətədavamlı yetişdirir.
O ki qaldı ikili standartlar məsələsinə. Təəssüf ki, “ikili standartlar” terminini tez-tez media nümayəndələli və ya ümumiyyətlə beynəlxalq münasibətlər tarixi və beynəlxalq münasibətlər nəzəriyyəsindən xəbəri olmayan vətəndaşlarla yanaşı diplomatlar da səsləndirir. Ümumiyyətlə, ikili standartlar beynəlxalq münasibətlərdə normal haldır. Bizim hal-hazırki beynəlxalq münasibətlər sistemimiz Y.F. Fukuyamanın “Tarixin Sonu” əsərində qeyd olunduğu kimi, ideal və liberalizmin tərənnüm etdiyi sistem deyil. Biz indiki beynəlxalq münasibətləri real qəbul edib, rasional davranmalıyıq.
Replika:“Kimsə ikili standartlar tətbiq edir deyə ondan incimək daha çox ərinin məşuqə ilə olduğunu bilən qadının inciməyinə bənzəyir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində nəinki ATƏT və ya AB sərgiləyir, Azərbaycanın qonşuları, habelə yeni güc mərkəzi kimi ortaya çıxan Çin də sərgiləyir. Yəni ikili standartlara görə inteqrasiyadan imtina etməyə gəldikdə biz bir çox dövlətlərlə münasibəti kəsməliyik. Əksinə prinsipial mövqe və siyasi iradə ortaya qoyub inteqrasiya yolunu davam etdirməliyik. Eyni zamanda biz özümüzə bu sualı verməliyik: “Biz Avropaya hazırıqmı?” Çox insan vurğulaya bilər: “Paytaxtımız əsl Avropa şəhəridir, müasirdir, Parisə bənzəyir” və yaxud çox şablon şəkildə “Azərbaycanı şərq ölkəsi kimi təqdim edə bilərlər, özünəməxsusluğumuzu itirmək təhlükəsi ilə üz-üzə olduğumuzu deyə bilərlər.”
Avropa ilk öncə dəyərlərə əsaslanan insani münasibətlərdir. Avropalı olmaq avropalı ailəsində göz açıb Dünya Müharibəsi başlatmaq deyil. Avropalı olmaq 1918-ci ildə həmin dəyərlərdən çıxış edərək müsəlman şərqində ilk cümhuriyyət qurmaqdır. Avropalı olmaq 72 gəncin qanına bulaşmaqla “ağ ölkəni qaralardan təmizləmək” deyil, avropalı olmaq İtaliya, Fransa, habelə Yaponiya və ya Koreya kimi özünəməxsusluğu qorumaqla, Avropa dəyərlərinə, demokratik cəmiyyətə və aparıcı iqtisadiyyata sahib olmaqdır. Bunun üçün də bizi AB-nin dəyərlərini tam götürməliyik, çox öyrənməliyik. Çünki inkişaf edən dünyada bizim rəqabətədavamlı, suveren inkişaf modelimiz üçün digər alternativ yoxdur.
Məndə belə bir adət formalaşıb ki, ölkəmizə təşrif buyurmuş qonağa “Əli və Nino” kitabını hədiyyə edirəm. Bunun səbəbi budur ki, əsər Azərbaycan xalqının bir məfkurəyə, lakin müxtəlif siyasi düşüncələrə malik millət kimi formalaşdığı dövrü bədii incəliklərlə təsvir edir.
Digər tərəfdən əsərdə diqqətçəkən daha bir məqam da var. Belə ki, varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və Bakımızın Qafqaz İslam Ordusu tərəfindən azad olduğu bir zamanda əsərin baş qəhrəmanı Əli ilə atası arasında məşhur bir dialoq baş tutur:
“Atam çox nəzakətlə:
— Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı halda Nino özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri yadından çıxarma: artıq Bakı avropalaşıb. Özü də həmişəlik! Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir.
— Bəs sən nə edəcəksən, ata?
— Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən Şəmirandakı evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların gəlişini gözləyəcəyəm.
— Mənim isə burada qalmağım məsləhətdir, ata.
Atam “Bəli”, — deyərək ciddi bir şəkildə başını tərpətdi.
— Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mən yeni bayrağımızı sevmədim. Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq havası da xoşuma gəlmədi.
— O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə bənzədi.
— Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. Sən isə gəncsən və cəsursan, sənin burada qalmağın lazımdır. Azərbaycan ölkəsinin sənə ehtiyacı var”.
SSRİ dağıldıqdan sonra yeni düzənə, Azərbaycanın müstəqilliyinə, ölkəni suveren görməyə uyğunlaşmayan bir çox gənc özünü azad, yenilikçi kimi göstərsə də, hələ də günün trendi ilə yaşayıb fəaliyyətlərini xəbərin oxunma sayları və ya “hashtag”-lərin birinci olmaları üzərində qurur. Ancaq eyni zamanda onlar hələ də üzərilərində sovet partnamenklatura qoxusunu gəzdiririrlər. Bax, bu gənclər mənə Əlinin atasını xatırladırlar.
Digər xəbərlər
The Evolving Role of Central and Eastern European Countries in EU Foreign Policy Towards the South Caucasus: Navigating Geopolitical Complexities Through the Eastern Partnership
Abstract: The dissolution of the Soviet Union ushered in a new era for the South Caucasus, a region of strategic importance due to its location and energy resources. This article examines the growing influence of Central and Eastern European (CEE) countries in shaping the European Union's (EU) foreign policy towards this region, with a particular focus on their role within the framework of the Eastern Partnership (EaP) initiative. It explores the historical, geopolitical, and economic factors influencing their engagement and assesses their impact on EU political stability, economic development, and energy security policies. The article argues that CEE countries, due to their unique historical experiences and cultural ties, possess a greater capacity to foster effective engagement and soft power in the South Caucasus than their Western European counterparts. Furthermore, the article analyzes the implications of the ongoing Russia-Ukraine war and the Armenia-Azerbaijan peace process on the dynamics between CEE countries and the South Caucasus. By combining qualitative and quantitative analysis, the study offers insights into CEE countries' challenges and opportunities in contributing to a decentralized and effective EU foreign policy in the region. Introduction: The collapse of the Soviet Union in 1991 marked a turning point for the South Caucasus, comprising Armenia, Azerbaijan, and Georgia (Macfarlane, 2019). This region, situated at the crossroads of Europe and Asia, quickly became a focal point for international diplomacy, especially concerning the EU's foreign policy. Its strategic location and abundant energy resources made it a critical area of interest for the EU and its member states, particularly those in Central and Eastern Europe (Lynch, 2013). The EU's Eastern Partnership (EaP) initiative, launched in 2009, has been a cornerstone of its policy towards the South Caucasus and other Eastern European neighbors. The EaP promotes political association and economic integration between the EU and six partner countries: Armenia, Azerbaijan, Belarus, Georgia, Moldova, and Ukraine. The EaP offers a tailored approach to each partner country, focusing on strengthening institutions and good governance, promoting economic development and market opportunities, enhancing connectivity and energy security, and fostering mobility and people-to-people contacts (European External Action Service, n.d.). Among the CEE countries, the Visegrad Group, consisting of Poland, Hungary, the Czech Republic, and Slovakia, has emerged as a key player within the EaP framework. These countries, having undergone their own transitions from Soviet-controlled regimes to independent democracies and subsequent EU integration, possess a unique perspective on the region's challenges and opportunities (Bosse, 2019). Their historical experiences, strategic priorities, and geographical proximity have positioned them as crucial intermediaries between the EU and the post-Soviet space (Duchéne, 2022). This article posits that CEE countries, including the Visegrad Group, can foster effective engagement and soft power in the South Caucasus more than their Western European counterparts. This is attributed to their shared historical experiences, cultural ties, and deeper understanding of the region's complexities. Furthermore, the article argues that economic, trade, and energy ties can facilitate political stability and equal interaction between the EU and the South Caucasus via CEE countries. The article delves into the evolving role of CEE countries in shaping EU foreign policy towards the South Caucasus within the context of the EaP. It examines the historical context, geopolitical interests, and the impact of recent global developments, such as the Russia-Ukraine war, on their engagement with the region. By analyzing their contributions to promoting political stability, economic development, and energy security, the study aims to comprehensively understand the complexities and potential of their role in shaping EU policy towards the South Caucasus.
Directions for the development of US-Azerbaijani relations after the Second Karabakh War
In the South Caucasus region, at the intersection of strategic interests, tensions are escalating, drawing the attention of global powers
Победа Азербайджана в Карабахской войне открывает новую страницу в стратегическом развитии страны
Геополитическая картина региона полностью изменилась в течении предыдущих 2-x месяцев Азербайджан наконец-то вернул свои земли, восстановил территориальную целостность.